Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb
11:22 18 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 2216,min ton həcmində xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 28 147,4 min tonu əmtəəlik xam neftin payına düşüb.
Bu ilin doqquz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,7%, əmtəəlik xam neftin həcmi isə 2,8% az olub.
Hesabat dövründə ölkədə 2981,7 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16,8% çoxdur.
Hasil edilən təbii qazın 17 892,mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin doqquz ayında əmtəəlik təbii qazın həcmində 29,3% artım qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-emteelik-tebii-qaz-hasilati-29-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR