YAP-da gənc memarların yaradıcılıq sərgisi keçirilib

YAP-da gənc memarların yaradıcılıq sərgisi keçirilib
12:27 18 Oktyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyasının inzibati binasında hakim partiyanın təşkilati dəstəyi ilə 18 oktyabr Müstəqillik Gününə həsr olunan gənc memarların yaradıcılıq sərgisi keçirilib.
"Report" xəbər verir ki, sərgidə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
S.Novruzov sərgini açaraq deyib ki, dünyada 3000-dən artıq xalq var: "Onların yalnız 200-nün müstəqil dövləti var. 28 ildir müstəqillik qazanan Azərbaycan xalqının dövləti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə idarə olunur".
O bildirib ki, Azərbaycan regionda aparıcı dövlətlərdən biridir: "Ölkədə mütəmadi olaraq yeniliklərin icra olunduğunun şahidi oluruq. Bununla da müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu demək olar. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır".
Sərgidə Bakı Mühəndislik Universitetinin Memarlıq və dizayn kafedrasının I kurs tələbələrinin 40-a yaxın əl işi nümayiş olunub.
Universitetin rektoru Havar Məmmədov bu kimi sərgilərin təşkilinin gənclərə böyük stimul olduğunu vurğulayıb: "Bu gün ölkədə savadlı gənc memarlara ehtiyac var. Bizim universitetdə son illərdə memarlıq sahəsində ciddi addımlar atılıb".
Çıxışlardan sonra əl işlərinin sahiblərinə YAP tərəfindən sertifikatlar təqdim olunub.
Daha sonra qonaqlar sərgiyə baxış keçirilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/sergiler/yap-da-genc-memarlarin-yaradiciliq-sergisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR