Qobustan sakininin bankomatdan pulu çıxarılaraq aparılıb

Qobustan sakininin bankomatdan pulu çıxarılaraq aparılıb
12:37 18 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Qobustan rayon sakininin bankomatdan pulu çıxarılaraq aparılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən Qobustan rayon sakini X.Nəzərovun oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qobustan-sakininin-bankomatdan-pulu-cixarilaraq-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR