Ermənistan millisinin baş məşqçisi istefa verib

Ermənistan millisinin baş məşqçisi istefa verib
12:47 18 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.
"Report"un Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssisin özü açıqlama verib. O, səbəb kimi yığmanın AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmamasını göstərib.
Qeyd edək ki,  Armen Gyulbudaqyants 2018-ci ildən Ermənistan yığmasına rəhbərlik edirdi. AVRO-2020-nin seçmə mərhələsində J qrupunda yer alan yığma 8 oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşır.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ermenistan-millisinin-bas-mesqcisi-ugursuz-neticelere-gore-istefa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR