48 yaşlı kişi sükan arxasında infakt keçirib öldü

48 yaşlı kişi sükan arxasında infakt keçirib öldü
12:52 18 Oktyabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində sürücü avtomobildə ölü tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu özünə məxsus avtomobillə evindən küçəyə çıxarkən özünü pis hiss edib. İ.Feyzullayev təxminən 40-50 metr getdikdən sonra idarəetməni itirərək yolun kənarındakı divara dəyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları İ.Feyzullayevin infaktdan sükan arxasında keçindiyini müəyyənləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/795216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR