AFFA-da 2020-2021-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

AFFA-da 2020-2021-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
13:07 18 Oktyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iştirakçıları 3 mövzu ətrafında məlumatlandırılıb:  
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat;
- Ötən mövsümün icmalı;
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı.
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-da-2020-2021-ci-il-lisenziyalasdirma-movsumunun-acilis-iclasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR