Məşhur alman qəzeti: "Tramp məğlub oldu"

Məşhur alman qəzeti: "Tramp məğlub oldu"
13:23 18 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Spiegel Online” dərgisi ABŞ və Türkiyə arasında əldə olunan razılaşmaya dair “ABŞ Ərdoğanın istədiklərini verir” başlıqlı məqalə yayımlayıb.

Publika.az xəbər verir ki, dərginin xəbərində razılaşmanın Rəcəb Tayyib Ərdoğanın maraqlarına uyğun olduğu, buradakı məğlub olanların isə Donald Tramp və YPG olduğu bildirilib.

“Türkiyə YPG-nin Suriyanın şimalından çıxarılması istiqamətində müəyyən etdiyi hədəfinə çatdı. ABŞ Prezidenti Donald Tramp özünün səbəb olduğu alovu söndürməklə öyünə bilər. Ancaq uzun müddət Vaşinqton üçün əvəzi çox daha böyük olacaq. ABŞ Suriyada əhəmiyyətli dərəcədə hakimiyyətini itirdi. Eyni zamanda, beynəlxalq statuu və təsiri də azaldı. Hansı əməkdaşları onlara hələ də güvənir? Məğlub olanların lideri, əlbəttə, bölgədəki YPG-dir”-,- məqalədə deyilir.

Həmçinin, sanksiyalar dalğasına rəğmən Ərdoğanın geri addım atmaması almanların xüsusi diqqətini çəkib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/293432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR