Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü

Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü
13:27 18 Oktyabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda çayxanada qətl hadisəsi törədilib.

"Oktyabrın 17-də səhər saatlarında Faiq Rüstəmov küçəsi, Rəsulzadə qəsəbəsində 1958-ci il təvəllüdlü Sabir Ələkbərovun cəsədi tapılıb. İstintaq kişinin başından aldığı zərbələr nəticəsində beyin qanaxmasından öldüyünü müəyyənləşdirib", - Binəqədi Rayon Polis Şöbəsindən oxu.az-a bildirilib.

Binəqədi RPİ-nin əməliyyatçıları qətlin S.Ələkbərovun tapıldığı yerdən bir neçə metr məsafədə yerləşən çayxanada baş verdiyini müəyyənləşdirib.

Belə ki, kişi çayxanada 1997-ci il təvəllüdlü Cövdət Abbasov adlı dostu ilə çay və spirtli içki içib. Söhbət əsnasında tərəflər arasında yaranan münaqişə nəticəsində C.Abbasov stoldakı çayniki götürərək S. Ələkbərovun başına zərbələr endirib.

O, daha sonra hadisə yerindən qaçıb. Qurban çayxanadan çıxıb və bir neçə metr irəlilədikdən sonra huşunu itirib.

Mərhumun meyitini səhər aşkar etmək mümkün olub. Bu müddət ərzində qohumlarından heç kim onu axtarmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin səhlənkarlıq nəticəsində ölməsi) maddəsi ilə cinayət işi açılıb.

C.Abbasov tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/795233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR