Ərəb baharının xarabalıqları üzərində ulamaq istəyən bayquşlar

Ərəb baharının xarabalıqları üzərində ulamaq istəyən bayquşlar
14:52 18 Oktyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Oktay Hacımusalının yazısını təqdim edir:

Cənab prezident bir neçə gün öncə ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi ilə bağlı və eyni zamanda Azərbaycanımızın gələcək perspektivləri haqqında olduqca müsbət proqnozlar verdi. Bir Azərbaycan vətəndaşı olaraq inanın ürəyim daha döndü. Çünki bu müstəqillik elə belə qazanılmayıb axı. Şəhidlər verilib, qan tökülüb, can verilib, hətta və hətta elə igidlər olub ki, məzarları belə yoxdur. Əfsuslar olsun ki, bu müstəqilliyi gözü götürməyən daxili və xarici qüvvələr hər vəch ilə ölkədə sabitliyin pozulmasına cəhd edir, hər addımda xaos və anarxiya yaratmağa çalışırlar ki, Azərbaycan bir addım belə qabağa gedə bilməsin. Xırda narazılıqları şişirdib insanları küçələrə səsləmək, icazəsiz aksiyalara çağırış etmək onların ölkəmizin sabitqədəm irəliləyişinə hər vəchlə əngəl olmaqla bağlı kənardan aldıqları əmrlərlə söz surətdə bağlıdır. Nə zaman Azərbaycanda beynəlxalq tədbirlər həyata keçirilib bu bəylər ölkəmizlə əlaqəli qarayaxma kampaniyasının ön sıralarında olublar, nə zaman beynəlxalq layihələrə ölkəmizdə start verilib yenə eyni vəziyyət hökm sürüb. Heç diqqət etdinizmi bilmirəm,ölkəmizdə nə zaman bir ciddi layihə həyata keçirilir, radikallar qara yaxır, həmin hadisəni gözdən salmağa çalışır. Mən hələ indiyə kimi bir müxalifət liderinin ya da funksionerinin durub ölkədə gedən islahatlar haqqında müsbət fikir söylədiyini görməmişəm. Ancaq mənfi tendensiyalar, iyrənc yanaşmalar... guya cənablar indiyə kimi nəsə ciddi təkliflə çıxış ediblər və iqtidar bunların təklifini rədd edib.

Oktay Hacımusalı Musayev

Bu günlərdə cənab prezident ölkədə islahatların növbəti dalğasının anonsunu verdi və belə görünür ki, müxalifət buna da dodaq büzür. Normaldır məncə, çünki əllərindən o boyda bəhanələri çıxacaq. Sabah radikal müxalifəti iqtidarın əleyhinə "niyə islahatlar keçirirsiniz?" deyə ittihamlar səsləndirən görsəm mən şəxsən təəccüblənmərəm. Siz necə bəs? Məncə elə siz də! Çünki göz görüb, qulaq alışıb illərdir...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/795251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR