Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakinini soydular

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakinini soydular
15:05 18 Oktyabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakini soyğunçuluğa məruz qalıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərov oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/795252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR