Bakı Dövlət Sirki köçür?

Bakı Dövlət Sirki köçür?
15:29 18 Oktyabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı Dövlət Sirkinin köçürülməsi ilə bağlı məsələ müzakirə olunsa da, hələlik yeni tikiləcək binanın yeri məlum deyil.

Bunu Trend-ə açıqlamasında Bakı Dövlət Sirkinin Mətbuat xidmətinin rəhbəri Mahir Rəsuloğlu deyib.

Onun sözlərinə görə, əvvəlki binanın təmir edilməsi isə çətindir: "Bakı Dövlət Sirkinin hazırkı binası köhnə olduğu üçün burada təmir işləri aparmaq çətindir. Bu səbəbdən yeni, müasir tələblərə cavab verən binaya ehtiyac var. Lakin hələ köçürüləcək bina hazır deyil. Sadəcə bu istiqamətdə iş gedir".

M.Rəsuloğlu bildirib ki, Bakı Dövlət Sirki hansısa hazır binaya köçürülməyəcək: "Bunun üçün yeni bina tikilməlidir və bu istiqamətdə də iş aparılır. Həmin bina tikilib Bakı Dövlət Sirki üçün tam hazır vəziyyətə gətiriləndən sonra ora köçürüləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3134673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR