Vergilər naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Vergilər naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
15:37 18 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 17-də Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp ilə görüşüb. 
Bu barədə "Reprot"a Nazirlikdən məlumat verilib.
Tanışlıq məqsədi daşıyan görüşdə qonağa ölkəmizdə aparılan makroiqtisadi islahatlar, həmçinin vergitutma ilə bağlı qanunvericilik və inzibatçılıq sahəsində mövcud olan yeniliklər barədə məlumat verilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumu və gələcək perspektivləri, həmçinin müxtəlif sferalarda strateji əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-naziri-boyuk-britaniyanin-olkemizdeki-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR