Azərbaycanda günəş enerjisi istehsalı 3 dəfə artıb

Azərbaycanda günəş enerjisi istehsalı 3 dəfə artıb
15:47 18 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 414,milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 7,4% artaraq 246,3 milyon manat təşkil edib.
Ötən 9 ay ərzində Azərbaycanda 1175,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.
Bunun 1 290,6 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 9,3% azdır.
Bunun 16127,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 7,2% çoxdur.
Hesabat dövründə Azərbaycanda 85,8 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur.
Yanvar-sentyabr aylarında ölkədə 34 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 7,3% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-gunes-enerjisi-istehsali-3-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR