Azərbaycanda dövlət borcuna xidmətlə bağlı xərclər 22% azaldılır

Azərbaycanda dövlət borcuna xidmətlə bağlı xərclər 22% azaldılır
17:52 18 Oktyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərin 1 828,16 milyon manat olacağı gözlənilir.
“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 21,7% azdır.
Gələn il hökumət xarici borcların qaytarılmasına 1 695,012 milyon manat (o cümlədən faiz ödənişlərinə 517,886 milyon manat), daxili borcların qaytarılmasına isə 133,148 milyon manat (o cümlədən faiz ödənişlərinə 120,151 milyon manat) yönəltməyi planlaşdırır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dovlet-borcuna-xidmetle-bagli-xercler-22-azaldilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı