Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır

Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
19:22 18 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 244,6 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 770,5 mln. manat və ya 31,1% çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.

Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin növbəti ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,1% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 2,3 faiz bəndi çoxdur. ÜDM-ə nisbətən həmin xərclər 3,9% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz bəndi çoxdur.

2020-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 426,9 mln. manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir ki, bu da 2019-cu illə müqayisədə 74,2 mln. manat və ya 5,5% çoxdur.2020-ci ildə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün sosial müdafiə və sosial təminat xərclərindən 1 398,4 mln. manat vəsait sərf ediləcək ki, bu da 2019-cu illə müqayisədə 716,1 mln. manat və ya 2 dəfə çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/795380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR