“Ronaldu məni əsgər salamı ilə qarşıladı”

“Ronaldu məni əsgər salamı ilə qarşıladı”
20:05 18 Oktyabr 2019
50 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin müdafiəçisi Merih Demiral AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda əsgər salamı verdiyi üçün "Yuventus"da cəzalanacağı iddia olunurdu.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,21 yaşlı müdafiəçi "Yuventus"un düşərgəsinə qayıdarkən komandanın ulduzu Kriştianu Ronaldunun onu əsgər salamı ilə qarşıladığını deyib:

"Yuventus"un düşərgəsinə qayıdarkən Ronaldu bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm".

Qeyd edək ki, Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR