Çin dövlət xətti ilə gələn azərbaycanlı tələbələr üçün kvotaları artıracaq

Çin dövlət xətti ilə gələn azərbaycanlı tələbələr üçün kvotaları artıracaq
20:52 18 Oktyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Çin Azərbaycandan dövlət proqramı ilə gələn tələbələrə dair kvotaları artırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Çinin Azərbaycandakı səfiri Qo Min məlumat verib.
“Çin Azərbaycandan dövlət proqramı ilə gələn tələbələrə dair illik kvotaları 50-dən 70-dək artırıb, 2020-ci ildən isə 100-ə çatdırmağı nəzərdə tutur”, - deyən səfir hazırda Bakıda 4 mindən artıq tələbənin çin dili və mədəniyyətini öyrəndiklərini, sentyabr ayından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu, UNEC, Pekin Xarici İşlər Universiteti tərəfindən Çin dilinin məsafəli tədrisinə dair müştərək layihəyə başlandığını qeyd edib.
“Həmçinin Pekin Universiteti ilə Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kursları açıblar, bu dili öyrənən çinli tələbələrin sayı da ildən ilə artır”, - diplomat vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/cin-dovlet-xetti-ile-gelen-azerbaycanli-telebeler-ucun-kvotalari-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR