Rusiyanın XİN başçısı MDB ölkələrinin səfirlərilə görüşüb

Rusiyanın XİN başçısı MDB ölkələrinin səfirlərilə görüşüb
02:02 19 Oktyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub.
“Report” xəbərverirki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Rusiya Xarici İşlər nazirinin keçmiş müavini, hazırda isə Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin də iştirak edib.
Görüşdə çıxış edən nazir Karasinin Rusiya ilə MDB üzvü olan ölkələr arasında çoxşaxəli və ikitərəfli əməkdaşlığın inkişafına, dərinləşməsinə verdiyi böyük şəxsi töhfələri yüksək qiymətləndirib. Lavrov Karasini Rusiya Federasiya Şurasına Saxalin vilayətindən üzv seçilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/rusiyanin-xi-n-bascisi-mdb-olkelerinin-sefirlerile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR