Şəmkirdə 25 yaşlı qadın itkin düşdü - FOTO

Şəmkirdə 25 yaşlı qadın itkin düşdü - FOTO
02:33 19 Oktyabr 2019
140 Ölkə
Ölkə mətbuatı
A- A+

25 yaşlı Şəmkir rayon sakini evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Report"un məlumatına görə, Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 Oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli kofta olub.

G.Tanrıverdiyeva ailəlidir, 2 övladı var. O, psixoloji xəstəliyi ilə əlaqədar olaraq Bakıda müalicə alır.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsinə məlumat verilib. Xanımı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

+994513094929

+994504508062

+994507211194

+994505018701


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR