Rusiyada bəndin uçması nəticəsində 6 nəfər ölüb

Rusiyada bəndin uçması nəticəsində 6 nəfər ölüb
06:27 19 Oktyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda, Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində altı nəfər ölüb, 10 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə Ria “Novosti”yə ölkənin Fövqəladə Hallar Nazirlyindən məlumat verilib.
Diyarın FHN rəsmisi bildirib ki, yerli vaxtla saat 02:00 da qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.
“20 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb, 14 nəfər isə xəstəxanaya aparılıb. Digər 10 nəfərin taleyi məlum deyil”.
Ən yaxın Artyomovsk şəhərindən bütün təcili yardım xidmətləri əraziyə göndərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-bendin-ucmasi-neticesinde-6-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR