Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
07:07 19 Oktyabr 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda, Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. 
 “Report”  Ria “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Qeyd olunub ki, baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfərə hadisə yerinə tibbi yardım göstərilib: "Dörd nəfər tibb müəssisələrinə aparılıb, 15 nəfərin isə taleyi məlum deyil".

***06:25
Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda, Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində altı nəfər ölüb, 10 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə Ria “Novosti”yə ölkənin Fövqəladə Hallar Nazirlyindən məlumat verilib.
Diyarın FHN rəsmisi bildirib ki, yerli vaxtla saat 02:00 da qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.
“20 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb, 14 nəfər isə xəstəxanaya aparılıb. Digər 10 nəfərin taleyi məlum deyil”.
Ən yaxın Artyomovsk şəhərindən bütün təcili yardım xidmətləri əraziyə göndərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-bendin-ucmasi-neticesinde-olenlerin-sayi-10-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR