Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub
07:37 19 Oktyabr 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya hərbçiləri Latakiya vilayətinin Kban yaşayış məntəqəsində silahlıların buraxdığı iki pilotsuz uçuş aparatını məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin deyib: "Hərbçilərin cənub-qərb istiqamətdə buraxdığı iki pilotsuz uçuş aparatı Suriya Ərəb Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən Latakiya əyalətinin Kban yaşayış məntəqəsi ərazisində vurulub".

Bakin qeyd edib ki, İdlib de-eskalasiya zonasının ərazisində qanunsuz silahlı dəstələr tərəfindən hərbi əməliyyatların dayandırılması rejiminin pozulması davam edir. Latakiya, İdlib və Hama əyalətlərindəki 15 yaşayış məntəqəsinin atəşə tutulduğu qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR