Rusiyada FACİƏ: 11 ölü, 14 itkin, 19 yaralı - FOTO

Rusiyada FACİƏ: 11 ölü, 14 itkin, 19 yaralı - FOTO
08:08 19 Oktyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub.

Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən son məlumata görə, bəndin dağılması nəticəsində ölənlərin sayı 11-ə satıb.

“Həlak olmuş 11 nəfərin bədənləri aşkar edilib”, - agentliyin həmsöhbəti deyib.

Nazirliyin Baş komitəsinin informasiyasına görə, 14 nəfərin taleyi naməlumdur, 4 nəfər xəstəxanalara çatdırılıb, daha 15 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

FHN-dən bildirilib ki, hazırda hadisə yerində aviasiya da daxil olmaqla, 270 nəfər və texnikanın təxminən 50 vahidi işləyir. Həmçinin, qonşu Xakasiyadan yardımın çağırılması haqqında qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/293503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR