"El Klassiko" nə vaxt oynanılacaq? - dekabrın 4-ü, yoxsa 18-i?

"El Klassiko" nə vaxt oynanılacaq? - dekabrın 4-ü, yoxsa 18-i?
08:12 19 Oktyabr 2019
116 İdman
Ölkə mətbuatı
A- A+

La Liqanın 10-cu turunda keçiriləcək "Barselona" - "Real" matçının vaxtı hələ də dəqiqləşməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən oktyabrın 26-ı oynanılacaq matç təxirə salınsa da, yeni vaxtla bağlı La Liqa rəhbərliyi ilə klublar arasında fikir ayrılığı yaranıb.

"Barselona" və "Real" görüşün dekabrın 18-i keçirilməsini istəsə də, La Liqa rəhbərliyi buna narazıdır. Qurum eyni tarixdə İspaniya kubokundə görüşlər olacağı üçün "El Klassiko"nun dekabrın 4-ü oynanılmasını istəyir. La Liqa rəhbərliyi hesab edir ki, "Barselona" və "Real" arasında matç dekabrın 18-i oynanılacağı təqdirdə, kubokda oynayacaq digər klublara maddi ziyan dəyə bilər.

Klublar və La Liqa arasında fikir ayrılığının yaxın günlərdə həll olunacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR