Sergey Lavrov Polad Bülbüloğlu ilə görüşdü - FOTO

Sergey Lavrov Polad Bülbüloğlu ilə görüşdü - FOTO
08:23 19 Oktyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Görüşdə həmçinin, Rusiya Xarici İşlər nazirinin keçmiş müavini, hazırda Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin də iştirak edib.

Görüşdə çıxış edən nazir Karasinin Rusiya ilə MDB üzvü olan ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə verdiyi böyük şəxsi töhfələri yüksək qiymətləndirib. Lavrov Karasini Rusiya Federasiya Şurasına Saxalin vilayətindən üzv seçilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/293504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR