“5G” cərrahi əməliyyatın həyata keçirilməsinə kömək edib

“5G” cərrahi əməliyyatın həyata keçirilməsinə kömək edib
08:37 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Telefonica" telekommunikasiya şirkəti Yaponiya və İspaniya xəstəxanaları arasında telekörpü seansı keçirib. Qurulmuş bağlantı sayəsində Yaponiya Endoskopiya Mərkəzinin direktoru Katsumi Yamamoto real vaxt rejimində Malaqadakı "Quirónsalud" xəstəxanasında əməliyyat keçirən həmkarına məsləhətlər verib. Operatorun sözlərinə görə, yüksək keyfiyyətli videonun yayımı zamanı, demək olar, ləngimə qeydə alınmayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əlbəttə ki, bunu hələ ki bu uzaq məsafədən cərrahi müdaxilə adlandırmaq çətindir, amma gələcəkdə belə texnologiyaların tibb sahəsində əsl inqilab edə biləcəyi faktını inkar etmək mənasızdır. İspaniyada əməliyyatı həyata keçirmiş həkim Pedro Roson belə bir telekörpünün reallaşmasına imkan verən "5G" texnologiyasının işini yüksək qiymətləndirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR