Messi futbolçu karyerasını hansı klubda başa vuracağı ilə bağlı fikrini dəyişib

Messi futbolçu karyerasını hansı klubda başa vuracağı ilə bağlı fikrini dəyişib
10:02 19 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi karyerasını hansı klubda başa vuracağı ilə bağlı fikrini dəyişib.
“Report” xəbər verir ki, argentinalı hücumçu “Metro FM 95.1” radiosunun efirində oyunçu kimi çıxışını hazırda kapitanı olduğu Kataloniya komandasının heyətində sonlandırmağı düşündüyünü söyləyib. 32 yaşlı kapitan “Barselona” ilə yeni müqavilə məsələsini yaxınlarda müzakirə etdiklərini bildirib: “Sözləşmənin məni oynamaq məcburiyyətində qoymasını istəmirəm. Çünki özümü necə hiss edəcəyimi bilmirəm. Özümü yaxşı fiziki formada hiss edənə qədər çıxış etmək istəyirəm. Amma aydındır ki, karyeramın sonuna qədər “Barselona”da qalacağam”.
Qeyd edək ki, Messi daha öncə “Barselona”ya qədər vətənində uşaq yaşlarında futbol oynadığı “Nyuels Old Boys”a dönmək arzusunu dilə gətirərək, karyerasının sonlarında mütləq bir müddət doğma klubunda çıxış edəcəyini bildirmişdi.
“Barselona”nın yetirməsi sayılan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə “Qızıl buts”a layiq görülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-futbolcu-karyerasini-hansi-klubda-basa-vuracagi-ile-bagli-fikrini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR