"Messi mənə karyerasını "Barselona"da bitirəcəyini dedi"

"Messi mənə karyerasını "Barselona"da bitirəcəyini dedi"
16:12 16 Yanvar 2015
117 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messinin “Barselona”dan ayrılacağı ilə bağlı yayılan iddialara klub prezidenti Josep Maria Bartomeu son qoyub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri deyib ki, Messi “Barselona”da qalacaq:

“Mən Messi ilə söhbət etdim. O, mənə bildirdi ki, karyerasını “Barselona”da bitirəcək. Artıq onun gələcək taleyini müzakirə etməyə dəyməz. Çünki onun bizimlə müqaviləsi var və özü komandada qalacağını bildirib. Messi komandada digər futbolçulardan daha çox iş görür. Düzdür, ona əla futbol sərgiləməyində komanda yoldaşları kömək edir. Ancaq belə futbolçu bir daha olmayacaq”.

Klub prezidenti son günlər argentinalı hücumçi ilə baş məşqçi Luis Enrike arasında münasibətlərin gərgin olmasına da toxunub: “İstərdim ki, Enrike ilə Messi arasında yaşanan problemlər haqda söhbətlərə son qoylusun. Çünki belə bir şey yoxdur. Paltardəyişmə otağında baş verənlər ictimaiyyətdə müzakirə edilməməlidir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR