"Neftçi"nin futbolçusu qol vurduqdan sonra əsgər salamı verdi - FOTO

"Neftçi"nin futbolçusu qol vurduqdan sonra əsgər salamı verdi - FOTO
11:32 19 Oktyabr 2019
125 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan I Divizionunda "Neftçi-2" "Zaqatala"nı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Milli.Az xəbər verir ki, "ağ-qaralar"ın yeganə qolunu Əlibəy Məmmədli vurub. 63-cü dəqiqədə fərqlənən 22 yaşlı hücumçu qol sevincini əsgər salamı verməklə qeyd edib. O, bununla qardaş ölkə Türkiyəyə dəstək olub.

Türkiyə millisinin üzvləri AÇ-2020-nin seçmə mərhələsində AlbaniyaFransa ilə oyunlarda qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün bu addımı atmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR