Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı

Rusiyadakı yanğında ölənlərin sayı 7 nəfərə çatdı
15:57 19 Oktyabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yaroslav vilayətində yanmış binanın dağıntıları arasından daha bir nəfərin meyiti çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, FHN əməkdaşları 50 yaşlı kişinin cəsədini dağılmış kərpiclərin arasından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bununla da yanğında ölənlərin sayı 5-i uşaq olmaqla 7 nəfərə çatıb.

Qeyd edək ki, oktybarın 10-da binanın 2-ci mərtəbəsinin taxta bərkitmələrində çıxan yanğın dağıntılara səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR