“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib (FOTO)

“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib (FOTO)
16:55 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnnovasiyalar Agentliyinin təşkilatçılığı, AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Sumaks Academy”, “Engineering for kids” və “Mars Academy”nin tərəfdaşlığı ilə “Roboday” festivalı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Robopark” layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub.

Eyni zamanda, gənc nəslin dron və robotlarla ilkin tanışlığı, ümumilikdə robototexnika sahəsi üzrə maarifləndirilməsi məqsədilə müxtəlif təlimlər, o cümlədən “Dron”, “Robofutbol” və “Robosumo” yarışları keçirilib, robot şouları nümayiş olunub. Əyləncə zonasında “Formula 1”-in avtomobil simulyatorları yerləşdirilib.

AREA tərəfindən “WRO – Dünya Robot Olimpiadası” yarışı üzrə “Regular” kateqoriyası üçün ayrıca yarış meydançası qurulub.

Həmçinin “Roboday” festivalı çərçivəsində gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat verilib.

STEAM və robotexnikaya aid tədris sərgisində İKT LAB – İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası, SUMAKS, “Engineering for kids”, “Mars Academy”, “BNB Dinamycs”, Bakı Modern Təhsil Kompleksi, “Matrix Training Center”, “Smart Owl” – Uşaq İnkişaf Mərkəzi və “Hədəf” liseyi daxil olmaqla 10 qurumun nümayəndələri iştirak ediblər.

Festivalı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları, müxtəlif məktəblərin şagirdləri, Uşaq evlərinin sakinləri ziyarət ediblər.

Qeyd edək ki, “Robopark” layihəsinin başlıca hədəfləri robototexnika sahəsinə maraq yaratmaq, uğurlu robototexnika layihələrini müsabiqələrə cəlb etmək və onların kommersiyalaşdırılmasına imkan yaratmaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3135921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR