Xalq artistinin qızı göz yaşı tökdü: “Şokdayam, yaşananlara inanmıram” - FOTO

Xalq artistinin qızı göz yaşı tökdü: “Şokdayam, yaşananlara inanmıram” - FOTO
18:42 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Dadaşova "Maşın" şounun final gecəsində ağlaması ilə diqqət çəkib. Aparıcı Suna Kasımoğlunun qalib olduğunu eşidən ifaçı ağlamağa başlayıb.

Milli.Az xəbər verir ki, o, musavat.com-a açıqlamasında bildirib ki, Sunanın qalibiyyətinə sevinməyib:

"Mən, sadəcə, şokdayam, yaşananlara inanmıram. Lalə həm güclü, həm səmimi, həm də kövrək qəlbli bir xanımdır. Mən heç gözləmirdim. Mən heç bu qalibiyyətə sevinmirəm də. Səmimi olaraq fikrimi açıqlayıram. Bu gün burada olma səbəbim Lalədir. Mən tamamilə yuxudayam. Elə bil indi oyanacağam. Mən inanmırdım ki, Lalə gücsüzləşər. Çünki o, çox güclüdür. Onun tək səhvi o oldu ki, öz xanımlığını göstərdi və səs toplamaq üçün çıxanda ad çəkmədi. Amma burada belə hərəkət etmək lazım deyildi. Bura mafiya oyunu kimidir, psixoloji hazır olmalısan. Sunada elə psixologiya var ki... Əgər belə bir şou Türkiyədə olsaydı, bizim heç bir iştirakçımız orada qala bilməzdi. Heç birimiz qalib ola bilməzdik".

İfaçı bildirib ki, növbəti oyunlarda iştirak edəcək:

"Özüm də "Maşın şou" da iştirak etməliydim. Lakin müəyyən dövlət tədbirlərinə görə iştirak edə bilmədim. Növbəti mərhələlərində iştirak etmək istəyirəm. Mənim öz taktikam var və mən ona uyğun hərəkət edəcəyəm. Belə oyunçuların oyunda qalmasına imkan verməyəcəm".

Qeyd edək ki, Səidə Dadaşova xalq artisti Rafael Dadaşovun qızıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/795558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR