Bərdədə avtomobil yolu keçmək istəyən qadını vurub

Bərdədə avtomobil yolu keçmək istəyən qadını vurub
19:42 19 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Gərənə kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynova Şölə Haqverdi qızını vurub. Xəsarət alan Ş.Hüseynova Təcili Tibbi Yardım briqadasının koməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-avtomobil-yolu-kecmek-isteyen-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR