Azərbaycanlı futbolçudan "Sülh çeşməsi"nə dəstək

Azərbaycanlı futbolçudan "Sülh çeşməsi"nə dəstək
20:03 19 Oktyabr 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la ev oyunu zamanı vurduğu qolu əsgər salamı ilə qeyd edib.

"Report"un məlumatına görə, bu, "ASCO Arena"da hazırda davam edən matçın 16-cı dəqiqəsində baş verib.

Hesabı açan İsgəndərli bununla "Sülh çeşməsi" ("Barış pınarı") əməliyyatında iştirak edən Türkiyə əsgərlərinə dəstəyini nümayiş etdirib.

Dünən "Neftçi"nin əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli də I Divizionun VII turunda "Zaqatala"ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/293555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR