FHN mülki müdafiə məşqi keçirdi - FOTO

FHN mülki müdafiə məşqi keçirdi - FOTO
20:18 19 Oktyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib.

FHN-dən Publika.az-a bildiriblər ki, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki Müdafiə Qüvvələrinin şəxsi heyəti və komandir-rəis heyəti iştirak edib.

Məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin və işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üçün nəzəri bilik və praktiki vərdişlərin təkmilləşdirilməsindən ibarət olub.

Məşqin yekununda mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib, müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/293554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR