İrsi xəstəlik. əsrlərdən keçən antisemitizm daim yeni şəkil alir

İrsi xəstəlik. əsrlərdən keçən antisemitizm daim yeni şəkil alir
20:27 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Almaniyanın Qalle şəhərində sinaqoqa hücumdan sonra bəziləri "Almaniya üçün alternativ" partiyasının kölgəsində sağçı radikalizmin inkişafından bəhs edir, digərləri hücumun alman tərəfindən həyata keçirilməsinə baxmayaraq, miqrantların arasında yəhudilərə və İsrailə düşmən münasibətin yayılmasından danışırlar.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, antisemitizmin heç vaxt bir növü olmayıb. Yəhudilərə nifrət əsrlərdən sağ çıxa bilib, çünki həmişə müxtəlif şəkillərə düşə və yeni ittifaqlar bağlaya bilib", - Qustav Zaybt (Gustav Seibt) "Tages-Anzeiger" qəzetində yazır.

"Yəhudilərə qarşı ədavət millətçilik, antikapitalizm, rasizm ilə əlaqə yarada bilib. Avropa  antisemitizmi artıq çoxdandır bütün dünyaya yayılır; konspirioloji düşüncə kimi o da ilk növbədə islam dünyasında çiçəklənmə dövrünü yaşayır. Və onun əvvəlki obrazlarından heç biri tamamilə yox olmayıb (...)", - məqalədə deyilir.

"Bu gün Almaniyada yaşayan yəhudilər antisemitizmin ilk növbədə üç variantı ilə üzləşirlər. Birincisi, Holokostdan sonra alman antisemitizmi inkişaf edir, "günah kultu"na, xatirə mədəniyyətinə son vermək və alman tarixinə əvvəlki qüdrətini geri qaytarmaq istəyir. Bu, "Almaniya üçün alternativ" partiyasının həyasızcasına təmsil etdiyi milli inciklik antisemitizmidir", - jurnalist qeyd edir.

"İkincisi, "İsrailin tənqidi" mövcuddur. Bu variant İsrail dövlətinin yürütdütü siyasətə görə bütün məsuliyyəti dünya yəhudilərinin üstünə yıxmağa çalışır və gizli yəhudi anlaşmasının əvvəlki motivlərindən yapışır. "İsrailin tənqidi" islam fundamentalizmindən Avropa solçularının bəzi nümayəndələrinədək uzanır", - nəşr yazır.

"Üçüncüsü və ən qorxulusu odur ki, on ildən çoxdur pop-mədəniyyətdə, əsasən rep səhnəsində antisemitizm müşahidə edilir. Mədəniyyət nümayəndələri antisemitizm tarixinin keçmiş mərhələlərindən motivləri ələ keçirir və onları inanılmaz həyasızlıqla yenidən kombinasiya edirlər. Bu da ilk növbədə gündəlik həyatda antisemitizm zorakılığı yaradan bütün mümkün formalara təkan verir: məktəb həyətində "qurban" seçilən yəhudinin bullinqindən tutmuş, küçədə kipa taxan kişinin döyülməsinə kimi", - Zaybt qeyd edir.

"Pop-mədəniyyətdəki antisemitizm öz davamını internetdə tapır. Burada frustrasiya vəziyyətində olan gənclər eyni zamanda qadınlara, homoseksuallara və yəhudilərə nifrət nümayiş etdirirlər", - məqalədə deyilir.

"Atıcının internetdə yayımladığı, Qalledə baş verən hücum antisemit zorakılığı tarixinin yeni variantıdır. Bu zorakılıq formasının başqa obyektlərə, məsələn islam icmalarına və ya homoseksualların yığışdığı kafelərə yönələ bilməsi antisemitizmin inteqrasiya qabiliyyətindən xəbər verir", - jurnalist yazır.

"Antisemitizmin bütün formaları öz aralarında razılıq əldə edə bilər. Bu dəliliyə nəinki polis, eyni zamanda vətəndaş cəmiyyəti də hər gün reaksiya verməlidir", - məqalə müəllifi sonda qeyd edir

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR