Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər

Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
20:38 19 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bölgəmizdə və dünyamızda istədikləri kimi at oynada biləcəklərini düşünənlər bu işin o qədər də asan olmadığını artıq qəbul etməlidirlər.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətinə səfəri zamanı deyib.

“Türk milləti bu gün də müstəqilliyi və gələcəyi üçün lazım olsa, bütün dünyanı qarşısına ala biləcəyini bir daha sübut etmişdir. Kimsə bayrağımıza, azanımıza, torpağımıza hücum etməyi ağlından belə keçirməyəcək. Hətta yan gözlə baxa bilməyəcək. Bu şərti qəbul edən hər kəslə yaşayırıq. Bölgəmizdə və dünyada istədikləri kimi at oynada biləcəyini düşünənlər bunun asan olmadığını qəbul etməlidirlər. İnşallah, son hadisələr bütün dünya üçün bir dönüş nöqtəsi olacaq. Türkiyə dinclik və ədalət üçün nümunə olacaq”, - Türkiyə prezidenti bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/293556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR