Metanolla işləyən ilk gəmi suya salınıb

Metanolla işləyən ilk gəmi suya salınıb
20:57 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Nippon Yusen Kaisha (NYK Group) gəmiçilik şirkəti metanolla işləyən "Takaroa Sun" gəmisini təhvil alıb.

Cənubi Koreyanın Hyundai Mipo Gəmiqayırma Zavodunda inşa edilən yeni tanker NYK-nın ekoloji layihələri dəstəkləmək məqsədi yaratdığı fond tərəfindən maliyyələşdirilib.

Dedveyti 49,000 ton olan "Takaroa Sun" "MAN Enerji Solutions"un həm metanol, həm də ənənəvi yanacaqla işləyən mühərriki ilə təchiz edilib.

Uzunluğu 183, eni 32,2 metr olan gəmi Norveç bayrağı altında üzəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR