Ukrayna prezidenti sülh axtarişindaikən tələyə düşüb

Ukrayna prezidenti sülh axtarişindaikən tələyə düşüb
21:37 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"(...) Bu payız Kiyev, Paris, Berlin və Moskva arasında 2014-cü ildən bəri 13 mindən çox insanın ölümünə səbəb olan Donbas müharibəsinin həlli ilə bağlı aktiv diplomatik fəaliyyət bərpa olub. Müharibə aparan UkraynaRusiya arasında münasibətlərin tarixən deqradasiyaya uğrayan vəziyyətini nəzərə alsaq, imkanlar məhduddur. Lakin sülhün bərqərar olmasını mandatının təməl daşına çevirən Vladimir Zelenski tərəfdən müəyyən praqmatizm dozası, həmçinin FransaAlmaniyanın israrlı istəyi sayəsində vəziyyət yavaş-yavaş dəyişir", - İsveçrənin "Le Temps" qəzetinin Kiyevdəki müxbiri Stefan Sioxan (Stephane Siohan) yazır.  

"(...) Bu il baş tutan seçkilər və aparılan ictimai rəy sorğuları belə düşünməyə əsas verir ki, Ukrayna xalqı sülh və yeni başlanğıca can atır. Amma bunu nəyin bahasına olursa olsun istəmir. Çoxları Rusiyanın hərbi, siyasi və ya mənəvi qələbəsi kimi qiymətləndiriləcək həll yoluna etiraz edir. Son günlər "Kapitulyasiyaya yox" adlı hərəkat meydana çıxıb. Hərəkat liberal ziyalılardan tutmuş millətçilərə kimi cəmiyyətin bütün təbəqələrini əhatə edir", - məqalə müəllifi qeyd edir.

"Kapitulyasiyadan bu cür intuitiv rədd bir ay ərzində "Ştaynmayer" formulu ilə bağlı qızğın müzakirələrdə öz əksini tapıb", - "Le Temps" yazır. - (...) Vladimir Zelenski Almaniya və Fransanın təzyiqi altında bu formulu dəstəkləyib və oktyabrın 1-i sənədi təsdiqləyib. Amma vaxt seçimi uğursuz olub: ukraynalılar bunu sazişlə bağlı məmnunluğunu ifadə edən rus mətbuatı vasitəsilə bilib".

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, "Chatham House" institutundan tədqiqatçı Orısya Lutseviç qeyd edir ki, yaranmış vəziyyət gərginliyi gücləndirib və prezidentin Ukrayna maraqlarını müdafiə etməməsi ilə bağlı şübhələr doğurub. Zelenskiyə səs verməyən 25%  özündən çıxıb: Donetsk və Luqansk hələ də separatçılar və Rusiyanın nəzarəti altındadır, ancaq prezident seçki keçirməyə hazırdır. "Şeytan detallarda gizlənir: yerli seçkilərin şərtləri necədir? Təhlükəsizliyi kim və necə təmin edəcək?" - deyə Lutseviç maraqlanır.

"Bu cür narazılıq fonunda prezident və kabineti geri çəkilir, - jurnalist qeyd edir. - Vladimir Zelenski ötən həftə baş tutan mətbuat konfransında bildirib ki, rus qoşunları Donbasda qaldığı müddətcə, heç bir seçki keçirilməyəcək, "avtomat lüləsi altında seçki olmayacaq və ola da bilməz". Nəticədə ölkə əhalisi çaşqın vəziyyətə düşüb: "Reytinq" qrupunun apardığı sosial sorğuya əsasən, respondentlərin 18%-i "Ştaynmayer formulu"nu dəstəkləyir, 23% qəti etirazını bildirir, 60% isə həmin sənəddən heç nə başa düşmədiyini deyir".

55 yaşlı Oksana Romanenko Ukraynanın Müdafiə Günü münasibətilə vəziyyəti belə şərh edib: "Bizə təhlükəsizlik, ondan sonra seçki söz vermişdilər. Ancaq Zelenski bizə seçki, sonra təhlükəsizlik təklif edir".   

"Demokratik təşəbbüslər" fondunun elmi direktoru, politoloq Aleksey Qaran "sülh ritorikasına çox əmək verən Zelenskiyə Rusiya və Qərb tərəfdən birgə təzyiqin olduğunu" qeyd edir.

"Zelenskinin "Ştaynmayer formulu"nu qəbul etməsi Fransa və Almaniya rəsmilərinin sözlərinə görə, noyabrın 11-i Parisdə baş tutması gözlənilən sammit zamanı onun Vladimir Putinlə ilk görüşünün təminatı olub", - nəşr qeyd edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR