Həyatınız seçdiyiniz qadındır...

Həyatınız seçdiyiniz qadındır...
21:47 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Harun Rəşid müharibədə əsir götürdüyü düşmən generalına deyir: - Canını bağışlayaram, lakin bir şərtim var: Qadınlar bu həyatda ən çox nə istəyirlər?- bunu bilmək istəyirəm... Bu suala doğru cavab ver, kəlləni qurtar.

General bu çətin sualın cavabını axtarmağa başlayır. Çox soraqlaşır və nəhayət Qaf dağındakı bir cadugərin bu sualın cavabını bildiyini öyrənir. Gecə - gündüz yol gedib cadugəri tapır və soruşur. - Qadınlar həyatda ən çox nəyi istəyirlər? Qorxunc cadugər cavabına qarşılıq çox ağır bir şərt qoyur.

- Mənimlə evlən! Ancaq ondan sonra sualına cavab tapa bilərsən.

Milli.Az qadinkimi.com-a istinadən bildirir ki, əsir general bu ağır şərti çətin də olsa qəbul edir. Doğru cavabı aldıqdan sonra isə həmən Harun Rəşidin yanına qaçır: - Qadınlar öz azad iradələri ilə hərəkət etmək istəyirlər!

Harun Rəşid əsir generalın həyatını bağışlayır. Ancaq o cadugərlə evlənəcəyinə söz verib. Nə etsin, çarəsiz qalıb evlənir. İlk gecə qaranlıq otağa daxil olan general görür ki, qorxunc cadugər bir dünya gözəli afətə çevrilib.

- Mənim taleyim də belədi... Mən yalnız günün yarısında gözəl ola bilirəm, digər yarısında çirkin oluram. Nə deyirsən, gecələri səninlə olanda gözəl olum, yoxsa gündüz vaxtı çöldə olanda? General arif adam olur; Düşünür və: - Sən bilərsən, qərarı özün ver deyir.

Elə o andan qorxunc cadugər sonsuzadək  gözəl qadına çevrilir və bir daha dəyişmir...

Beləliklə, bu nağıldan öyrəniləcək 3 dərs nədir ???

1. Qadınlar öz azad iradələri ilə hərəkət etmək istəyirlər.

2. Öz iradəsi ilə hərəkət edən qadın həmişə gözəldir.

3. İstər gözəl, istər çirkin olsun, hər qadın əslində bir cadugərdir! Həyatınız seçdiyiniz qadındır: zövqlü bir qadına rast gəlsəz, zövqünüz, bilikli bir qadına rast gəlsəniz - bilginiz, ağıllı bir qadına rast gəlsəniz - ağlınız, şəfqətli bir qadına rast gəlsəniz - vicdanınız böyüyər. Həyatınız seçdiyiniz qadındır: Bir şeyləri alan qadına rast gəlsəniz - imtina etdikləriniz, verən qadına rast gəlsəniz - tənbəlliyiniz artar. Həyatınız seçdiyiniz qadındır: balanslı bir qadına rast gəlsəniz - xoşbəxt,  balansı olmayan  qadına rast gəlsəniz isə bir filosof olarsız. Həyat çox qatlıdır. Babilin Asma bağları kimi təbəqə halında yüksəlir və yalnız yanındakı qadın səni bir mərtəbədən digərinə aparar. Bu gün dayandığınız təbəqə, izlədiyiniz mənzərə, gördüyünüz həyat, yanınızdakı qadının olduğu təbəqə, mənzərə və həyatıdır.

Həyatınız seçdiyiniz qadındır ...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR