Qara dəniz sahillərində qədim xəzinə tapıldı

Qara dəniz sahillərində qədim xəzinə tapıldı
22:57 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bolqar arxeoloqlar Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, qazıntılar Devnya şəhərində aparılıb. Arxeoloqlar, ümumilikdə, 16 qızıl və 20-dən çox bürünc sikkə tapıb. Onlardan daha dəyərliləri üzərində imperator II Feodosinin və imperator III Valentianın şəkilləri əks olunan sikkələrdir.

Varnanın diyarşünaslıq muzeyinin eksperti Xristo Kuzovun sözlərinə görə, xəzinənin hunların qədim Markianopol şəhərinə hücumu zamanı gizlədilməsi ehtimalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR