Fransızlar “okean qanadlı” gəmini təqdim ediblər

Fransızlar “okean qanadlı” gəmini təqdim ediblər
23:42 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Fransa dəniz memarlığı ilə məşğul olan "VPLP" şirkəti  yeni üslubda tikilmiş "Canopee" adlı Ro-Ro tipli gəmisini  təhvil verib.

121 metr uzunluğu olan gəmidə yüklərin təhlükəsizliyi üçün bütün detallar nəzərə alınıb.

Bu gəminin əsas özəlliyi onun 3 metr hündürlüyə malik dörd ədəd "okean qanadları" ilə təchiz olunmasındadır. Yelkən formasını xatırladan qanadlar gəminin hərəkətinə köməklik göstərir, yanacaq sərfiyyatı və karbon qazı tullantılarının orta hesabla 30% azalmasına xidmət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR