Bərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb
00:12 20 Oktyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb.
Rayon sakini, 1996-cı il təvəllüdlü Süleymanov Hikmət Elmidar oğlu idarə etdiyi "Mercedes"markalı minik avtomobilini yol kənarına aşırıb. Hadisə nəticəsinə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya sol aşağı ətrafın yer dəyişmiş açıq sınıgı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-avtomobil-yoldan-cixaraq-asib-surucu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR