Kuba prezidenti Azərbaycana səfər edəcək

Kuba prezidenti Azərbaycana səfər edəcək
00:22 20 Oktyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kubanın prezidenti Migel Diaz Kanel Azərbaycanda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak edəcək.

Trend-in Kuba KİV-lərinə istinadən verdiyi məlumata görə, Migel Diaz Kanel oktyabrın 20-dən ba.layaraq İrlandiya, Belarus və Rusiyaya səfər etməyi planlaşdırır.

Məlumata əsasən, üç ölkəyə səfərindən sonra Kuba prezidenti Qoşulmama Hərəkatının 18-ci Sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatının 18-ci Sammiti 25-26 oktyabr Bakıda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3135974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR