BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb

BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
01:36 20 Oktyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün metronun «28 May» stansiyasının önündə keçirilən mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış həmin qanunsuz aksiyanın iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olmuşdur.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə istinadən verdiyi məlumata görə, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərmiş və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət almışdır.

Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılmış, orada ona tibbi yardım göstərilmiş və izahatı alındıqdan sonra buraxılmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3135998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR