Ağdamda yol qəzası baş verib, xəsarət alanlar var

Ağdamda yol qəzası baş verib, xəsarət alanlar var
01:42 20 Oktyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə İmamqulubəyli kəndində qeydə alınıb.
Belə ki, Ağdam rayon Quzanlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qurbanov Ceyhun Əşrəf oğlu idarə etdiyi “Niva” markalı avtomobili yol kənarındakı işıq dirəyinə, sonra ağaca çırpıb. Nəticədə sürücü Ceyhun Qurbanov və sərnişin, Bərdə rayon Cəyirli kənd sakini, 1980-ci il təvəllüdlü İbadov Mətləb Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin hər ikisinin vəziyyəti ağır olduğundan təcili tibbi yardım maşını ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlər hər iki yaralıya döş qəfəsinin küt travması diaqnozu qoyublar, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdamda-yol-qezasi-bas-verib-xesaret-alanlar-var35h

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR