Çilidə etiraz aksiyası zamanı 308 nəfər saxlanılıb

Çilidə etiraz aksiyası zamanı 308 nəfər saxlanılıb
02:15 20 Oktyabr 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çilidə etiraz aksiyası zamanı hüquq-mühafizə orqanları tərəfindən 308 nəfər saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, etiraz aksiyalarında polislə toqquşma zamanı 156 polis əməkdaşı xəsarət alıb.

Məlumatda deyilir: "308 nəfər saxlanılıb, 156 polis əməkdaşı xəsarət alıb, onlardan 5-i ağır yaralanıb, dinc sakinlər arasında 11 nəfərin xəsarət aldığı barədə məlumatlar var. Bundan əlavə, 49 polis avtomobilinə və 41 metro stansiyasına ziyan dəyib".

Qeyd edək ki, Çilidə etiraz aksiyaları metroda gediş haqqının artması ilə əlaqədar keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3135964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR