Litva portalında Azərbaycan çayından bəhs olundu

Litva portalında Azərbaycan çayından bəhs olundu
04:33 20 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Litvanın dünyadakı maraqlı məkanlar barədə məlumatlar dərc edən lv.stt-kharisma.org saytında çay istehsal edən ölkələr və ən məşhur çay plantasiyaları barədə məqalə yerləşdirilib.

Publika.az xəbər verir ki, Azərbaycanın adı məqalədə Malayziya, Çin, Hindistan, Şri-Lanka, ABŞ kimi məşhur böyük çay istehsalçıları sırasında çəkilir.

Qeyd olunur ki, Azərbaycanda çay əsasən Astarada istehsal olunur. Azərbaycanın qara çayı dünya brendlərindən heç də geri qalmır. Burada ilk plantasiyalar 1896-cı ildə salınıb və ötən müddətdə Azərbaycan çayı dünyada tanınmağa başlayıb. Azərbaycanda çay süfrəsi xüsusi bir mədəniyyətdir və özünəməxsus ənənələrə malikdir. Hətta azərbaycanlıların çayla bağlı məşhur deyimləri də çoxdur. Yerlilər deyirlər ki, yaxşı dəmlənmiş çay ruhu gözəl musiqi qədər qidalandırır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/293565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR