Pompeo terakt haqda bəyanat verdi

Pompeo terakt haqda bəyanat verdi
09:27 20 Oktyabr 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Əfqanıstanın Nanqarhar əyalətində məsciddə törədilən teraktı qəti şəkildə pisləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə AŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Dünən ibadət edən şəxslərə edilən hücum insan həyatına məhəl qoymayan və günahsızlara qarşı zorakılıq tətbiq edənlərin qorxaqlığını və qəddarlığını göstərir. Biz dinc vətəndaşlara edilən bu hücumu qətiyyətlə pisləyirik, ölənlərin ailələrinə başsağlığı veririk. Əfqanlarda hamı kimi təhlükəsiz yaşamaq və ibadət etmək hüquqna malikdirlər".

M.Pompeo vurğulayıb ki, ABŞ Əfqanıstanda sülh və sabitliyin əldə olunması və terrorizmlə mübarizəni davam etdirməyə sadiqdir.

Qeyd edək ki, oktyabrın 18-i Əfqanıstanın Nanqarhar əyalətində məsciddə baş verən terror aktında 62 nəfər həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR