"Brexit" yanvarın 31-dək təxirə salına bilər

"Brexit" yanvarın 31-dək təxirə salına bilər
09:42 20 Oktyabr 2019
36 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Baş Naziri Boris Conson "Brexit" prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə B.Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, "Brexit" prosesi bundan əvvəl yekunlaşacaq.

Məlumata əsasən, baş nazir Boris Consonun ünvanladığı məktubun fotosurətində baş nazirin imzası yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR